Dek 20, 2015 20:20 Asia/Baku
  • MTN-in həbs edilən polkovniki özünü asdı
    MTN-in həbs edilən polkovniki özünü asdı

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb. O hansı məlumatlara malik idi, açıqlanmadı.

Qeyd edək ki, Eldar Mahmudovun nazir vəzifəsindən çıxarılması ilə Milli Təhlükəsizlik Nazirliyində həbslərə başlandı. MTN-in 7 əməkdaşına qarşı vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

MTN-in Antiterror Mərkəzinin qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunaraq həbs edilən sabiq rəis müavini, polkovnik İlqar Əliyev apelyasiya şikayəti verimşdi. İlqar Əliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmirdi.

Azərbaycan tarixində ilk dəfədir ki, hansısa nazirlikdə bu qədər total şəkildə, həm də səbəbi tam izah edilmədən “təmizləmə” həyata keçirilir.

Teqlər