Dek 29, 2015 12:39 Asia/Baku
  • Taleh Bağırzadənin məhkəməsini təxirə saldılar
    Taleh Bağırzadənin məhkəməsini təxirə saldılar

Bakı polisinin Nardarana basqınında həbs olunmuş tanınmşı ilahiyyatçı Taleh Bağırzadənin məhkəməsi təxirə salınıb.

“Müsəlman Birliyi Hərəkatı” təşkilatının sədri Taleh Bağırzadənin vəkili Cavad Cavadov report.az-a bildirib ki, iddiaya 2016-cı ilin yanvar ayının 6-da baxılacaq. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, vəkil C.Cavadov Taleh Bağırzadə ilə vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.

Teqlər