Bakıda NATO-Azərbaycan Məktəbinin qış sessiyası keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i203757-bakıda_nato_azərbaycan_məktəbinin_qış_sessiyası_keçirilir
Bakıda NATO-Azərbaycan Məktəbinin (NİSA) qış sessiyası keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2016 09:53 Asia/Baku
  • Bakıda NATO-Azərbaycan Məktəbinin qış sessiyası keçirilir
    Bakıda NATO-Azərbaycan Məktəbinin qış sessiyası keçirilir

Bakıda NATO-Azərbaycan Məktəbinin (NİSA) qış sessiyası keçirilir.

APA-nın məlumatına görə, sessiyanın mövzusu kibertəhlükəsizlikdir.

Tədbirin açılışında çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov Azərbaycan NİSA-ya dəstək verdiyini bildirib. O deyib ki, Azərbaycan sülh naminə əməkdaşlıqda böyük rol oynayır: “Bu gün kibertəhlükəsizlik dünyada ən əhəmiyyət kəsb edən sahələrdən biridir. Azərbaycan da bu sahəyə böyük əhəmiyyət verir”.

Tədbirdə 6 gün ərzində müxtəlif ölkələrdən ekspertlər, beynəlxalq institutların mütəxəssisləri çıxış edəcək. Əsas diqqət kibertəhlükəsizlik, kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi və digər qanunsuz fəaliyyətlərə ayrılacaq.

Tədbir yanvarın 15-nə qədər davam edəcək.