Yan 12, 2016 11:05 Asia/Baku
  • Azərbaycan Ruhanilər Məclisinin Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı bəyanatı
    Azərbaycan Ruhanilər Məclisinin Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı bəyanatı

Azərbaycan Ruhanilər Məclisi (ARM) son günlərdə Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimovun həbsə məhkum edilməsini pisləyir və atılan addımı inanclı insanın siyasi fəaliyyəti ilə birbaşa əlaqəli hesab edir.

"İslamın Səsi"nin məlumatına görə, Azərbaycan Ruhanilər Məclisinin bəyanatda bildirilir:

Azərbaycan Ruhanilər Məclisi (ARM) ölkədə mövcud olan neqativ halları dilə gətirən insanların əsassız ittihamlarla həbs edilməsini idarəetmənin uğurlu yolu hesab etmir, əksinə ictimai nəzarəti bitirən amil kimi qəbul edir. Azərbaycan Ruhanilər Məclisi ölkədə mövcud olan bu ağır durumda vətəndaşların istək və sıxıntılarını dilə gətirən insanların əzilməsini birmənalı olaraq yolverilməz hesab edir.

Teqlər