Azərbaycan Respublikasında siyasi məhbusların azadlığı vurğulanıb
ABŞ dövlət katibinin sabiq köməkçisi deyib: Əgər Azərbaycan Respublikasındakı siyasi məhbuslar azad edilməzlərsə, bu ölkəyə qarşı sanksiyanın tətbiqi qəti olacaqdır.
Axar.az saytının məlumatına görə, ABŞ dövlət katibinin sabiq köməkçisi və «Freedom House»un sabiq rəisi Devid Kramer Vaşinqtonun Bakı ilə yaxın əlaqələrin qurulması üzrə istəyinə toxunaraq, deyib: Azərbaycan Respublikası ilə əlaqələrin qurulmasında əsas problem, bu ölkədə siyasi məhbusların olmasıdır.
Devid Kramer həmçinin vurğulayıb: Əgər Azərbaycan Respublikasındakı siyasi məhbuslar azad edilməzlərsə, bu ölkəyə qarşı sanksiyanın tətbiqi qəti olacaqdır.
Qeyd edək ki, Devid Kramer ötən həftəki danışığında da demişdi ki, rəsmi Bakı siyasi məhbusları azad etməklə Qərb ölkələri yanındakı etibarını yüksəldə bilər.
Onu da qeyd edək ki, Qərb rəsmilərinin istəyi elə bir haldadır ki, məhbus islamçıların azadlığına işarə olunmaıyıbdır.