Yan 12, 2016 15:12 Asia/Baku
  • 
Jurnalistlər aksiya keçiriblər
    Jurnalistlər aksiya keçiriblər

Bu gün jurnalist Rasiım Əliyevin öldürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Əvvəlki prosesdə olduğu kimi bu dəfə də media nümayəndələri prosesdən kənarda qalıblar.

Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında məhkəmə binasının önündə qarşıdurma yaranıb. Onlar da zala buraxılmayıblar.

Prosesə buraxılmayan mətbuat nümayəndələri məhkəmənin önündə aksiya keçiriblər. Aksiyada "Həkimlər məsuliyyətə cəlb olunsun!" və "Jurnalist ölümlərinə son!" şüarları səsləndirilib. Polislərin müdaxiləsindən sonra şüar yazılmış plakatlar yığışdırılıb.

Jurnalistin ölümü ilə bağlı məhkəmə prosesi 14 yanvar saat 10:30-a qədər təxirə salınıb.

Qeyd edək ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R.Əliyev orada vəfat edib.

Teqlər