Yan 13, 2016 15:47 Asia/Baku
  • Azərbaycanda polislə etirazçılar arasında insident yaşanıb
    Azərbaycanda polislə etirazçılar arasında insident yaşanıb

Azərbaycan Respublikasının Siyəzən şəhərində qiymətlərin bahalaşması və işsizliyin artmasına etiraz üzrə aksiyalar polislə etirazçılar arasında qarşıdurma baş verib.

Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, Siyəzən şəhərində qiymətlərin bahalaşmasına etiraz edənlərlə polislər arasında qarşıdurma nəticəsində onlarla nəfər həbs olunub.

Məlumata görə, polis şəhərdə asayiş yaratmaq məqsədilə gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Siyəzənli etirazçılar da özlərini müdafiə edərək polisə doğru daş atıblar.

Azərbaycan Respublikasında məhsullarda qiymət artımı vətəndaşları iqtisadi problemlərlə üzləşdirib və maaş alan və yoxsul kütlənin problemləri ikiqat artıb.

Teqlər