Nardaran hadisələrində həbs olunan 71 qəsəbə sakini azadlığa buraxıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i205131-nardaran_hadisələrində_həbs_olunan_71_qəsəbə_sakini_azadlığa_buraxıldı
Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb. Bu barədə Nardaran sakinləri məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2016 09:21 Asia/Baku
  • Nardaran hadisələrində həbs olunan 71 qəsəbə sakini azadlığa buraxıldı
    Nardaran hadisələrində həbs olunan 71 qəsəbə sakini azadlığa buraxıldı

Nardaran hadisələri ilə bağli inzibati qaydada həbs olunan 71 nəfərin hamısı azadlığa buraxılıb. Bu barədə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, Nardaran hadisələri ilə əlaqədar inzibati qayda pozuntusuna yol verdiyi üçün saxlanılan 71 nəfər barəsində seçilən inzibati həbs müddətləri başa çatıb: "Ötən həftə həmin şəxslərdən barələrində seçilən inzibati həbs müddəti bitmədiyi üçün 14 nəfər azadlığa çıxmamışdı. Həmin şəxslərin barəsində seçilən inzibati həbs müddəti bitdiyindən onlar artıq azadlığa buraxılıblar".

Nardarana polis basqınından sonra, ölkə boyu kütləvi həbslərə başlanmışdır. Nardaranda həbs olunan Hacı Tale Bağırov və Müsəlman Birliyi Hərəkatının həbs olunan digər üzvlərinin vəziyyəti nigaranedicidir.