İmam Xomeyni (rə) din və siyasətin ayrı olması tezinin üzərindən xətt çəkdi
Fev 03, 2016 14:56 Asia/Baku
Azərbaycan İslam patiyasının sədrəvəzi Hacı İlham Əliyev deyib: İmam Xomeyni (rə) öz inqilabı ilə əziz islamı müsəlmanların həyatına qaytardı.
İmam Xomeyninin (rə) öz dəyərli inqilabı ilə peyğəmbər islamını canlandırdığını deyən Əliyev əlavə edib: İran İslam İnqilabının dahi rəhbəri dünyaya bəşər ictimaiyyətini idarə etmək üçün islamın üstün potensiala malik olduğunu göstərdi.
Hacı İlham Əliyev bildirib: İslam İnqilabının banisi öz inqilabı ilə, din, elm və siyasətin vəhdətini dünyaya göstərdi və dinin siyasətdən ayrı olması tezinin üzərindən xətt çəkdi.