Fev 23, 2016 08:27 Asia/Baku
  • Dənizdə meyiti tapılan şəxsdən DNT analizi götürüləcək
    Dənizdə meyiti tapılan şəxsdən DNT analizi götürüləcək

Neftçala rayonunda dənizdə tapılan naməlum kişi meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə gətirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən yerli medialara verilən xəbərə görə, meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində iş aparılır.

Bildirilib ki, məhkəmə tibbi ekspertiza təyin edilib və cəsəddən DNT analizi götürüləcək.

Qeyd edək ki, 50-55 yaşlarında kişi meyiti ötən gecə Neftçalada, Xəzər sahilində aşkarlanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə gətirilən meyitin tanınmaz halda olduğu açıqlanıb.

Meyiti tapılan şəxsin "Günəşli" yatağında baş vermiş qəzada itkin düşmüş neftçilərdən biri ola biləcəyi ehtimal edilir.

Teqlər