Nardaranda daha 7 nəfər saxlanılıb
Mart 03, 2016 11:00 Asia/Baku
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Nardaranda 32 nəfərin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib k, daxili işlər orqanları tərəfindən 32 nəfərin həbsi ilə nəticələnmiş hər hansı genişmiqyaslı əməliyyat tədbiri həyata keçirilməyib.
“Nardaran hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə aparılan istintaq-əməliyyat tədbirlərinin davamı olaraq dindirilmələrinə zərurət yaranmış 7 nəfər saxlanılıb”, - deyə o bildirib.
“Martın 1-ə keçən gecə Bakının Nardaran qəsəbəsinin küçələrində divarlara naməlum şəxslər tərəfindən dini şüarlar yazılıb”.
Bunu APA-ya açıqlamasında Nardaran sakini Hacıağa Nuri deyib.