Seyid Elman Ağayevdən xəbər var
Mart 11, 2016 19:58 Asia/Baku
Nardaran hadisələrindən sonra həbs olunan Lənkəranın tanınmış ruhanisi Seyid Elman Ağayevin vəsatəti təmin olunmayıb.
"Cenubnews"-un verdiyi xəbərə görə, vəkili ilahiyyatçı Seyid Elman Ağayevin ev dustaqlığı ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb. Bir neçə gün öncə baş tutan proses zamanı qaldırdıqları vəsatət məhkəmə tərəfindən təmin edilməyib. Bununla bağlı apellyasiya şikayəti də verilib.
Bundan başqa ilahiyyatçının həbs müddətinin uzadılmasıyla bağlı məhkəmə keçirilib. Dövlət ittihamçısının həbs qətimkan tədbirinin uzadılmasıyla bağlı verdiyi vəsatət qəbul olunub və Seyid Elman Ağayevin həbs müddəti iyun ayına qədər uzadılıb. Vəkil qeyd edib ki, bununla bağlı da apellyasiya şikayəti veriləcək.