Təkfirçilərin azərbaycanlı dəstə başçısı Əlixan Musayev-i həbs edəcəklər?
https://azeri.sahartv.ir/news/azərbaycan-i212836-təkfirçilərin_azərbaycanlı_dəstə_başçısı_Əlixan_musayev_i_həbs_edəcəklər
Azərbaycanda təkfirçi vəhhabi-sələfi dəstə başçısı kimi tanınan Əlixan Musayevin yayılmış gizli səs yazısı ictimaiyyətdə böyük narahatlıq doğurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2016 15:48 Asia/Baku
  • Təkfirçilərin azərbaycanlı dəstə başçısı Əlixan Musayev-i həbs edəcəklər?
    Təkfirçilərin azərbaycanlı dəstə başçısı Əlixan Musayev-i həbs edəcəklər?

Azərbaycanda təkfirçi vəhhabi-sələfi dəstə başçısı kimi tanınan Əlixan Musayevin yayılmış gizli səs yazısı ictimaiyyətdə böyük narahatlıq doğurub.

Əlixan Musayevə məxsus olduğu iddia edilən səs yazısında dindarlar Suriyada cihada qatılmağa dəvət edilir, orda döyüşənlər şəhid adlandırılır.

Müsavat.com xəbər verir ki, bundan öncə də Əlixan Musayevin təşəbbüsü ilə 500-dən çox azərbaycanlının Suriyada İŞİD trrrorçuları tərkibində döyüşlərə qatıldığı barədə məlumatlar yayılmışdı.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələ ilə bağlı vurğulayıb ki, Əlixan Musayev və onun kimi adamların o cür çağırışları ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır.