Mart 29, 2016 09:20 Asia/Baku
  • Naxçıvan novruz şənliyində İranın xüsusi pavilyonu rəğbətlə qarşılanıb
    Naxçıvan novruz şənliyində İranın xüsusi pavilyonu rəğbətlə qarşılanıb

Naxçıvan Muxtar Respublikasındakı novruz şənliyində İranın xüsusi pavilyonu tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

IRNA-nın məlumatına görə, İranın xüsusi pavilyonu İranın Naxçıvan Muxtar Respublikasındakı Konsulluğunun mədəniyyət attaşesinin təşəbbüsü ilə təşkil olunub.

Naxçıvan novruz şənliyi hər il novruz bayramı münasibətilə Nacçıvan şəhərinin "Möminə Xatın" tarixi-incəsənət binası kənarında keçirilir və müxtəlif bədii qruplar çeşidli proqramlar icra edirlər.

İran İslam Respublikasının pavilyonunda bəzədilimiş "yeddi sin" süfrələri, müştərək novruz mərasimi simvolları və əl işləri sənayesi məhsulları təqdim olunub. Həmçinin İranda, Azərbaycan Respublikasında və şərq cəmiyyətlərində novruz barədə azərbaycan dilində xüsusi buraxılış Türkiyə və Mərkəzi Asiya ölkələrindən olan novruz turistləri və naxçıvanlı tamaşaçılar arasında paylanıb.

Naxçıvan Muxtar Respublikasının iqtisadi orqanının başçısı Famil Seyidov İranın mədəniyyət pavilyonunda olarkən bu pavilyonun qurulmasına görə təşəkkür edərək, deyib: İranın novruz pavilyonu Naxçıvan novruz şənliyinin təntənəli keçməsinə böyük kömək göstərib və yerli tamaşaçılar və xarici turistlərin diqqətini özünə çəkibdir.

Teqlər