Mart 29, 2016 11:12 Asia/Baku
  • Hacı Şahin Həsənli
    Hacı Şahin Həsənli

Azərbaycan Respublikasında vergidən yayınma haqqında ağır cəza tədbirləri görülsə də, sələfilər tərəfindən vergi verməyin əleyhinə təbliğat aparılır və vergidən yayınmağa şərait yaradan "fətva"lar da verilir.

Azərbaycanın təkfirçi-vəhhabi başçılarından olan Qamət Süleymanov "abubəkr mescidi" saytının forumunda vergidən yayınmağın şəriətlə izinli olduğunu bildirmişdi.

Məşhədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli vəhhabilərin vergidən yayınmaları ilə bağlı İslamazeri saytına bildirib: Sələfilərin şeyxlərindən vergidən yayınmağa izin verən "fətva"lar cəmiyyətə qarşı hörmətsizlikdir. Düşünürəm bu məsələdə vətəndaşlar arasında fərq qoymağa ehtiyac yoxdur. Vergidən yayınma digər insanların haqqının yeyilməsi anlamına gəlir.

Teqlər