Mart 29, 2016 20:14 Asia/Baku
  • Qusarda sürücülər etiraz aksiyası keçirdilər
    Qusarda sürücülər etiraz aksiyası keçirdilər

Azərbaycanın Qusar şəhərində yerli sürücülərin iştirakı ilə şəhər avtovağzalında aksiya keçirilib.

Aksiyaya qatılanlar arasında avtobus, mikroavtobus və taksi sürücüləri olub. Onların sözlərinə görə, etirazlarına səbəb, Nəqliyyat Departamenti əməkdaşlarının davranışıdır. Etirazçılar onlardan əsassız olaraq pul tələb edildiyini deyiblər.

Sürücülər onu da deyiblər ki, departament qeyri-qanuni olaraq onlardan pul tələb edir, əvəzində isə onlara heç bir sənəd təqdim olunmur, pulun nə üçün alındığı izah edilmir. Bildirirlər ki, departamentə həmişə pul ödəyiblər, indi yeni qurumun olması barədə onlarda məlumat yoxdur.

Teqlər