Meyitlər qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb
Apr 10, 2016 18:31 Asia/Baku
-
Meyitlər qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb
Bu gün Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindən hərbçilərin meyitləri qarşı tərəfə qaytarılıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata görə, aidiyyətli beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb.
Aprelin 2-dən başlayıb 5–dək davam edən insidentdə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında onlarla hərbçi öldürülüb. Ölənlərin dəqiq sayı açıqlanmır.