Azərbaycan MN erməni tərəfin ittihamlarını rədd etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i214741-azərbaycan_mn_erməni_tərəfin_ittihamlarını_rədd_etdi
Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərlərin cəsədlərinin təhqir edilməsi barədə erməni tərəfin ittihamlarını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2016 05:43 Asia/Baku
  • Azərbaycan MN erməni tərəfin ittihamlarını rədd etdi
    Azərbaycan MN erməni tərəfin ittihamlarını rədd etdi

Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərlərin cəsədlərinin təhqir edilməsi barədə erməni tərəfin ittihamlarını təkzib edib.

“Erməni əsgərlərinin cəsədləri təhqir olunmayıb. Azərbaycan ordusu ölülərlə döyüşmür”, - mətbuat xidmətindən erməni tərəfin ittihamlarını Turan-a şərh edərkən bildiriblər.

Eyni zamanda mətbuat xidməti qeyd edib ki, ermənilərin verdiyi azərbaycanlı hərbçilərin cəsədlərinin üzərində təhqir əlamətləri var.

Xatırladaq ki, son iki gündə tərəflər cəsədlərin dəyişdirilməsi prosesini həyata keçirir.

Həlak olanların və qarşı tərəfə verilən cəsədlərin sayı dəqiq açıqlanmır, lakin söhbət onlarla həlak olmuş hərbçidən gedir.