Azərbaycan Respublikası dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə qarışmasını vurğulayıb
Apr 13, 2016 11:13 Asia/Baku
-
Azərbaycan Respublikası dünya ictimaiyyətinin Qarabağ münaqişəsinin həllinə qarışmasını vurğulayıb
Azərbaycan Respublikasının xarici işlər naziri dünya ictimaiyyətindən istəyibdir ki, ölkəsinin ərazisinin Ermənistan tərəfindən işğalını və İrəvanın təcavüzkar siyasətlərini dayandırmaq məqsədilə məsələyə qarışsın.
APA-nın məlumatına görə, Elmar Məmmədyarov Türkiyədə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin 13-cü sammitində deyib: Dünya ictimaiyyətinin Azərbaycan Respublikası ərazisinin Ermənistan tərəfindən işğalını və İrəvanın təcavüzkar siyasətlərini tənqid etməsi zəruridir.
O, əlavə edib: Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli məntəqələrdə atəşkəs razılaşmasının mövcud olmasına rəğmən, erməni qüvvələr bu razılaşmaya əməl etməyərək, Azərbaycan Respublikasının mövqelərinə atəş açırlar.