Apr 13, 2016 13:07 Asia/Baku
  • Almaniya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsi üzrə ciddi danışıqlar aparılmalıdır”
    Almaniya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişəsi üzrə ciddi danışıqlar aparılmalıdır”

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqların aparılması vacibliyini qeyd edib.

Berlində “üçlüyün” keçirəcəyi görüşdən əvvəl açıqlama verən nazir qeyd edib ki, münaqişə tərəflərinin atəşkəsin bərpa edilməsinə nail olmalarını alqışlayıb: “Lakin status-kvo təhlükəsizliyi təmin edə bilməz”.

Qeyd edək ki, “üçlüyə”, ATƏT-ə sədrik edən ölkə, həmçinin təşkilatın ötənilki və gələnilki sədrləri daxildirlər.

Hazırda Almaniya ATƏT-ə sədrik edir, ötən il Serbiya rəhbərlik edib, gələn il isə qurumun sədri Avstriya olacaq.

Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edir.

Teqlər