May 02, 2016 19:07 Asia/Baku
  • Ermənistandan daha bir itki
    Ermənistandan daha bir itki

Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, Xankəndi şəhərinin xəstəxanasına yaralı vəziyyətdə çatdırılan 20 yaşlı erməni əsgəri Sarkis Qasparyan ölüb.

Erməni mediası onun aprelin 29-da yaralandığını yazıb. Məlumata görə, sözügedən əsgər Mesrop Maştoç universitetinin ikinci kurs tələbəsi olub.

Xəbərlərə görə, son sutka ərzində cəbhə xəttində dəfələrlə atəşkəs rejimi pozulub.

Teqlər