May 26, 2016 20:12 Asia/Baku
  • Naxçıvan
    Naxçıvan

Naxçıvan Muxtar Respublikasının tarixi və gözəl qalası olan Əlincə qalasının kənarında "Naxçıvan, bəşəriyyət beşiyi" adı altında Naxçıvan Beynəlxalq Rəssamlıq Müsabiqəsinin açılış tədbiri keçirilib.

İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulunun mədəniyyət attaşesi Hüseyn Ağazadə deyib: 4 günlük müsabiqədə İrandan Vədud Müəzzin, Səid Əyyami, Rüqəyyə Pəhləvani, Kübra Radpur və Rüqəyyə Caviddust adlı incəsənət xadimləri dünyanın 10 ölkəsindən 35 rəssamla rəqabət aparır.

O əlavə edib: Bu müsabiqənin mövzusu azaddır və rəssamlar bu yarışda tam azad şəkildə öz rəssamlıq nümunələrini ərsəyə gətirə bilərlər.

Yarışların sonunda seçilmiş əsərlər və rəssamlar mükafatlandırılacaq və Naxçıvan Rəssamlar Birliyinin zalında yarışda iştirak edən rəssamların əsərlərinin sərgisi keçiriləcək.

Naxçıvan Rəssamlar Birliyinin sədri və muxtar respublikanın parlament nümayəndəsi Ülviyyə Həmzəyeva bu müsabiqənin açılış mərasimində deyib: Bu yarış 3-cü Naxçıvan Beynəlxalq Rəssamlıq yarışıdır və Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Rəssamlar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı keçirilir.

Teqlər