“Siyasi Məhbuslarsız Azərbaycan”: Təzyiqlərə son
İyun 02, 2016 19:26 Asia/Baku
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəyanat yayıb. Bildirib ki, Azərbaycan respublikasında dindarlara , jurnalistlərə və gənc fəallara qarşı təzyiqlərə son qoyulsun.
Bəyanatda deyilir: " Azərbaycanda İnsan Haqları ilə vəziyyət kəskin şəkildə pisləşıb : “27 may tarixində Nardaranda yerləşən “Rəhimə” məscidinin axundu Nuhbala Rəhimov Məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib , Taleh Bağırzadəyə qarşı qanunsuz əməllər davam edir.
Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tələb edir ki işgəncə və ölüm faktları araşdırılsın və cinayət törədən vəzifəli şəxslər muhakimə olunsun , dindarlara , jurnalistlərə və gənc fəallara qarşı təzyiqlərə son qoyulsun."