Sel Göyçay, Şamaxı və İsmayıllıya ağır xəsarət vurdu
-
Sel Göyçay, Şamaxı və İsmayıllıya ağır xəsarət vurdu
Azərbaycanın Göyçay, İsmayıllı və Şamaxı rayonlarının bəzi yaşayış bölgələrində sel nəticəsində bu rayonların əkin sahələrinə ciddi şəkildə ziyan dəyib.
APA Xəbər Agentliyinin məlumatına görə, ötən gecə güclü yağışın yağması və İsmayıllı, rayonunda selin baş verməsi nəticəsində dəhşətli sel 12 yaşlı qızı aparıb. Xoşbəxtlikdən 20 dəqiqə sonra bu qız kəndlilər tərəfindən xilas edilib və hazırda xəstəxanada yatır.
İsmayıllı rayonunda həmçinin sel nəticəsində yaşlı bir qadın uçqunlar altında qalıb və xilasedicilərin köməyi ilə xəstəxanaya aparılıb.
Sel Göyçay rayonunun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində də fəsadlar törədib. Belə ki, mənzilləri su basıb və şəhər səviyyəsində və kənd təsərrüfatı ərazilərində suyun nəqlində problemlər yaranıb və taxıl sahələrinə ciddi şəkildə ziyan dəyib.
Əldə olunan məlumata görə, bu rayonda bir avtomobili də sel aparıb və sel nəticəsində bir neçə baş mal tələf olub.
Sel həmçinin Bakı-Şamaxı-Yevlax şosesinin Qaraməryəm kəndi istiqamətində bir saat müddətində bağlı qalmasına səbəb olub.
Şamaxıda isə kənd təsərrüfatı əraziləri, yaşayış massivləri və Pirsaat çayı ətrafındakı kəndlərə ağır xəsarət vurub.
Mütəxəssislər hazırda bu rayonlarda dəyən zərərin miqdarını araşdırırlar.