Azərbaycan R-da dörd bank bağlanır
https://azeri.sahartv.ir/news/azərbaycan-i226423-azərbaycan_r_da_dörd_bank_bağlanır
Azərbaycan Respublikasında "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2016 13:38 Asia/Baku
  • Azərbaycan R-da dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib
    Azərbaycan R-da dörd bankın bağlanması ilə bağlı qərar Maliyyə Nazirliyi və Mərkəzi Bankla birgə verilib

Azərbaycan Respublikasında "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasına aid deyil.

APA xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

"Ümumiyyətlə, bu bankların bağlanması ilə bağlı qərar yalnız Palataya aid deyil. Maliyyə Nazirliyi və Mərkəzi Bank da bu qərarın qəbul olunmasında iştirak edib", - deyə sədr qeyd edib.

 

Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən yuxarıda adları qeyd edilən bankların lisenziyası ləğv olunub.