İran və Azərbaycan nəqliyyat sektorunda əməkdaşlıqları genişləndirir
İran İslam Respublikası və Azərbaycan Respubliasının nəqliyyat sektorunda əməkdaşlıqları yüksələn xətt üzrə inkişaf edir və şimal-cənub dəmir yolu dəhizlinin təkmilləşməsi ilə iki ölkədən əlavə, regionun digər ölkələri də onun imkanlarından faydalanacaqlar.
İRİB-in məlumatına görə, Tehran-Bakı-Təbriz və əks istiqamətdə uçuşların təşkil olunması və onun bu payızda Məşhəd-Bakı və Şiraz-Bakıya genişləndirilməsi, Əmirabad və Ənzəli limanlarından Bakı limanlarına dəniz nəqliyyatının aktivləşdirilməsi və Bakı-Astara şose yolunun genişləndirilməsi iki ölkənin hava, dəniz və quru nəqliyyatı sektorunda əməkdaşlıqlarının inkişafda olduğunu əks etdirir. Bu arada şimal-cənub dəhlizi çərçivəsində dəmiryolu nəqliyyatına diqqət ötən bir neçə ildə iki ölkənin investisiyalarının əsas mehvərlərindən olmuşdur. Belə ki, iki tərəfin ciddi iradəsi ilə bu dəhlizin təkmilləşdirilməsi üçün önəmli addımlar atılmışdır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolunun İran İslam Respublikasının dəmiryoluna birləşdirilməsi üçün atılan addımlara toxunaraq deyib: Azərbaycan Astarasında 8 km-dan çox dəmiryolu və iki ölkənin sərhəd dəmiryolu körpüsü çəkilməkdədir və bu ilin sonuna qədər İran İslam Respublikasının dəmiryoluna birləşməyə hazır olacaqdır.
Şimal-Cənub dəmiryolu dəhlizi Bəndər Abbas-Qəzvin, Qəzvin-Rəşt, Rəşt-Astara və Astara-Astara və buradan Rusiya və Avropanın şimal ölkələrinə qədər istiqamətə şamil olur.
İranın Yol və Şəhərsalma Nazirliyinin nəzdində Nəqliyyat İnfrastrukturları Şirkətinin dəmiryol və aeroportların inşası məsələləri üzrə sədr müavini Nəsr Azadani İran dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsinin son vəziyyəti və şimal-cənub dəmiryol dəhlizini təkmilləşdirilməsinə toxunub və deyib: Bəndər Abbas-Qəzvin dəmiryol mehvəri hal-hazırda istifadəyə verilməkdədir. 165 km uzunluğunda Qəzvin-Rəşt dəmiryolu çəkilməkdədir və 94% irəliləyiş vardır. Azərbaycan dəmiryoluna birləşdirilməsi üçün son mehvər 164 km uzunluğunda Rəşt-Astara dəmiryoluna şamil olur. Bu da ortaq şəkildə icra olunacaq.
Rəşt-Astara dəmiryolunun çəkilməsi və təkmilləşdirilməsi ilə iki ölkənin əməkdaşlıqlarının yüksəldilməsi sənədi gələn bir neçə gün ərzində İran prezidentinin Bakıya səfərində imzalanacaq. Beləliklə gələcəkdə regional faydaları ilə yük, sərnişinlərin daşınması, nəqliyyat xərclərinin azaldılması, yanacaq istehlakının azaldılması və ətraf mühit çirkləndiricilərinin qarşısının alınması kimi imkanlar, şimal-cənub dəhlizində özünü ehtva edəcəkdir.
İran İslam Respublikası və Azərbaycan Respublikası neft kimi təkməhsullu iqtisadiyyata asılılığın azaldılması istiqamətində dəmiryolu nəqliyyatı sektorunda investisiya yatırır və iki ölkə şimal-cənub dəhlizindən faydalanmaqla böyük gəlir mənbələri əldə edəcək.