Azərbaycanda 50 müəllim işdən çıxarılıb
Avq 17, 2016 20:27 Asia/Baku
Azərbaycanda Qafqaz Universitetinin müəllim heyətində artıq 1 nəfər belə Türkiyə vətəndaşı olan müəllim qalmayıb. 50 müəllim işdən çıxarılıb.
Lent.az-a açıqlama verən universitetin müvəqqəti rektoru Elmar Qasımov bildirib ki, işdən çıxarılan 50-yə yaxın türkiyəli müəllimin əvəzinə yerli kadrlara üstünlük verilməsi daha məqsədəuyğun sayılıb.
E.Qasımov qeyd edib ki, türkiyəli müəllimlərin işdən çıxarılması ilə bağlı Türkiyə Səfirliyi və ya Türkiyə hüquq-mühafizə orqanlarının tələbi olmayıb: “Sadəcə onların əmək müqaviləsi bitib".
Azərbaycan respublikasında da Gülən təşkilatına bağlı olan məktəblər və universitetlərdə də təmizləmə gedir.