Avq 31, 2016 10:19 Asia/Baku
  • Azərbaycan Respublikası qaz ixrac edən ölkələrin başçılarının sammitinə dəvət olunub
    Azərbaycan Respublikası qaz ixrac edən ölkələrin başçılarının sammitinə dəvət olunub

Qaz İxrac Edən Ölkələr Assambleyasının baş katibi Məhəmməd Hüseyn Adili Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşərək, bildirib ki, Bakı gələn il Boliviyada keçiriləcək qaz ixrac edən ölkələrin dövlət başçılarının sammitinə dəvət olunub.

Trend xəbər agentliyinin məlumatına görə, İlham Əliyev də deyib ki, Şahdəniz-2 qaz yatağı layihəsi uğurla irəliləməkdədir və gələn illərdə Azərbaycan Respublikasının qaz hasilatı nəzərəçarpacaq dərəcədə artacaq, həmçinin Abşeron yatağında qaz hasilatı da başlanacaqdır.

Əliyevin sözlərinə görə, bu iki layihənin icrası ilə Azərbaycan Respublikasının qaz ixracatı nəzərəçarpacaq dərəcədə artacaq.

Bu görüşdə Azərbaycan Respublikasının qaz ixrac edən ölkələr assambleyası ilə həmkarlığı imkanı, eləcə də qaz və enerji bazarı dəyişiklikləri ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər