Azərbaycanda Gülənlə həmkarlıq ittihamı ilə daha iki nəfərin həbs olunması ehtimal edilir
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri və bu ölkə parlamentinin sabiq üzvlərindən birinin adı Hizmet hərəkatının rəhbəri Fəthullah Gülənlə həmkarlıq ittihamı ilə həbs olunanlar siyahısına salınıb.
Aran Nyus-un məlumatına görə, Azərbaycan Respublikasının dövlət mənbələri tərəfindən yayılmış mötəbər xəbərlərə əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov və Azərbaycan Respublikası Milli Məclisinin sabiq üzvü Ceyhun Osmanlı tezliklə Gülən şəbəkəsilə həmkarlıq ittihamı ilə həbs olunacaqlar.
Türkiyədə uğursuz 15 iyul çevrilişindən sonra Azərbaycan Respublikasında ANS telekanalı və Qafqaz Universiteti bağlandı və bəziləri də Gülənə tərəfdarlıq etmək ittihamı ilə həbs olundu.