Sen 05, 2016 12:26 Asia/Baku
  • Hacı Mövsüm Səmədov
    Hacı Mövsüm Səmədov

Həbsdə olan İslam Partiyasının lideri Dr. Mövsüm Səmədov cərimə kamerasına (karserə) salınıb.

İslamazeri.az xəbər verirki ,  bunu jurnalistlərə M.Səmədovun vəkili Yalçın İmanov açıqlayıb.

Qeyd edək ki, AİP lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiyaya dəyişikliklər aktına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.

Mövsüm Səmədovun ad günü münasibətilə qızı Zəhra Səmədova atasına məktub yazıb.

Zəhra məktubunda deyilir: “Salam Atacan. Ümüd edirəm ki, aclıq keçirdiyin bu günlərdə halınız yaxşı olsun və başlatdığınız mübarizə Allahın köməyi ilə təsirli olsun, millətimiz və xalqımızı düşündürsün. Sizin işləriniz bizə ümüd bəxş edərək, məqsədimizi xatırladır.”

 

Teqlər