Sen 26, 2016 20:59 Asia/Baku
  • Fikrət Fərəməzoğlu
    Fikrət Fərəməzoğlu

Hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəmərzoğlunun həyat yoldaşı ölkədən deportasiya edilməsi barədə təhdidlər aldığını bildirir.

Turan xəbər agentliyinin verdiyi məlumata görə, Faiqə Nüsrəti bazar günü Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Malena Mard ilə görüşdə ölkədən deportasiya edilməsi barədə təhdidlər aldığını və gələcək həyatının qaranlıq olduğunu deyib. 

Fikrət Fərəmərzoğlunun vəkili Oqtay Güləliyev isə müvəkkilinin Mütəşəkkil Cinayətkarlıq ilə Mübarizə İdarəsində işgəncə edildiyini deyib. 

F.Fərəmərzoğlunun həyat yoldaşı Faiqə Nüsrəti əslən iranlıdır və 2004-cü ildə Firkət Fərəmərzoğlu ilə ailə həyatı qurub. Azərbaycan vətəndaşı olan iki övladı və 5 illik qeydiyyat kartı var. 

Fikrət Fərəmərzoğlu bir nəfərdən külli miqdarda pul almaqda ittiham və həbs edilib. Onun fırıldaqçılıqla pul əldə etməsi şəxsi kompüterində olan məlumatlar və elektron yazışmaları vasitəsi ilə təsdiq edilib. 

Fikrət Fərəmərzoğlu JAM.az saytının baş redaktorudur. O, cari ilin iyun ayında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 

JAM.az saytı son zamanlar Azərbaycan hökumətinin siyasətləri və başda sabiq təhlükəsizlik naziri olmaqla dövlət məmurlarının həbs edilməsi haqda məlumatlara geniş yer verib. 

Teqlər