İran Radio və Televiziya Təşkilatının Bakıdakı ofisi sel təhlükəsi qarşısında
https://azeri.sahartv.ir/news/azərbaycan-i237131-İran_radio_və_televiziya_təşkilatının_bakıdakı_ofisi_sel_təhlükəsi_qarşısında
Bakıda güclü yağış nəticəsində sel təhlükəsi yaşanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2016 17:15 Asia/Baku
  •  Bakıda güclü yağış nəticəsində sel təhlükəsi yaşanıb
    Bakıda güclü yağış nəticəsində sel təhlükəsi yaşanıb

Bakıda güclü yağış nəticəsində sel təhlükəsi yaşanıb.

Bakıdakı əməkdaşımızın verdiyi məlumata görə, Bakıya güclü yağışın yağması nəticəsində sel təhlükəsi yaranıb. İran Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin həyəti və zirzəmisi su altında qalıb. Binanın uçma təhlükəsinə görə ofisin əməkdaşları binanı tərk ediblər. 

Əməkdaşlarımızın bildirdiyinə görə, ofisin Prezident İqamətgahının kənarında yerləşdiyinə görə, su basmaması üçün iqamətgahın ətrafına müəyyən vasitələr düzülüb. Bu da selin ofisin binasına axmasına səbəb olub. Məsələ ilə bağlı 3-4 saat kömək istənilməsinə baxmayaraq hələlik heç bir addım atılmayıb.