Bakıda gülənçilərə qarşı əməliyyat
https://azeri.sahartv.ir/news/azərbaycan-i241556-bakıda_gülənçilərə_qarşı_əməliyyat
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Bakı şəhərində Nurçulara qarşı əməliyyat aparıblar
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2016 11:16 Asia/Baku
  • Bakıda gülənçilərə qarşı əməliyyat
    Bakıda gülənçilərə qarşı əməliyyat

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Bakı şəhərində Nurçulara qarşı əməliyyat aparıblar

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri  Qaradağ rayonu Sahil və Lökbatan qəsəbələrində Türkiyənin hizmət hərəkatının başçısı Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat həyata keçirib. 

Bu əməliyyatda nurçuların evlərinə basqın edilib onların mənzillərində dini kitab və jurnallar zəbt olunub.

Əməliyyatda  Rizvan  Həmidov , İlkin və Samir İbrahimov , Tərixanım İbrahimova və Qəndab Hüseynova polis tərəfindən saxlanılıblar. 

Nurçuluq son illər ərzində Azərbaycan Respublikasında ən nüfuzlu ictimai və siyasi qruplardan birinə çevrilmişdir ancaq Ərdoğanla Fətullah Gülən arasında ixtilafların kəskinləşməsindən sonra Azərbaycanda da nurçuların nüfuzu qarşısında problemlər yaranıb.