Nardaranda anti-terror əməliyyatı
Hüseyn Ərbəini ərəfəsində Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları Nardaranda anti-terror əməliyyatına başlayıblar.
APA-nın verdiyi məlumata görə, Azərbaycan Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakının ətrafında yerləşən Nardaran qəsəbəsində həyata keçirilən əməliyyat zamanı silah və partlayıcı maddə aşkar və müsadirə edilib.
Bu məlumata görə, qanunsuz olaraq silah və partlayıcı maddə saxlamaqda şübhəli bilinən qəsəbə sakini Orxan Qasımov təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Azərbaycan Daxili İşlər Nazirliyi bu işlə əlaqədar Sabunçu rayon polis idarəsi tərəfindən istintaq aparıldığını bildirib.
Nazirlik həmçinin, bir bildirişdə qanunsuz olaraq silah və partlayıcı maddə saxlayan şəxslərdən istəyib ki, bu silahları mühafizə xidmətinə təqdim etsinlər.
26 noyabr 2015-ci il tarixində, Hüseyn Ərbəini ərəfəsində təhlükəsizlik qüvvələrinin Nardaran qəsəbəsində həyata keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həyatını itirmişdi. Bu əməliyyat zamanı bir neçə nəfər də yaralanmışdı.
Daxili İşlər Nazirliyi bu əməliyyat zamanı "Müsəlman Birliyi Hərəkatı" üzvlərinin polisə müqaviməti nəticəsində 2 polis əməkdaşının həyatını itirdiyini elan etmişdi.