Noy 09, 2016 12:37 Asia/Baku
  • Astarada müştərək dəmiryolu xəttinə baxış keçirilib
    Astarada müştərək dəmiryolu xəttinə baxış keçirilib

İran İslam Respublikası və Azərbaycan Respublikası dəmiryolu şirkətlərinin rəhbəRləri Astarada iki ölkə arasında müştərək dəmiryolu xəttinin inşaat əməliyyatı ilə yaxından tanış olmaq üçün bölgədə olublar və Azərbaycan qatarının körpünün kənarınadək sınaq hərəkətinə baxış keçiriblər.

İİR Dəmiryolu Şirkətinin icraçı direktoru Möhsün Purseyid Ağayi dünən Astara müştərək dəmiryolu xəttinin inşaat əməliyyatına baxış keçirərkən deyib: İki ölkə araında müştərək dəmiryolu körpüsünün inşa əməliyyatı yekunlaşmaqdadır və İran daxilində körpünün salınması əməliyyatı da artıq bitmişdir. 

" Sevindirici haldır ki, bu gün cari ilin əvvəllərində İran və Azərbaycan rəsmiləri tərəfindən inşa əməliyyatına start verilmiş körpünün inşaat əməliyyatının yekunlaşmaq üzərə olduğunun şahidiyik, artıq Astara-Astara dəmiryolu körpüsü demək olar ki təkmilləşib və Azərbaycanın dəmiryolu körpüyə qovuşub. Ümid edirik ki, verdiyimiz sözə əsasən cari ilin sonunadək Astara-Astara dəmiryolu xətlərini birləşdirəcəyik və İranın hər bir yerindən mallar Astaraya və oradan da Moskva və qara dənizə yüklənəcəkdir." - deyə Ağayi qeyd edib.

Azərbaycan Respublikası Dəmiryolu Şirkətinin direktoru Cavid Qurbanov isə deyib: Biz üzərimizə düşəni etdik və qatarı müştərək körpüyədək gətirdik, iki ölkə prezidentlərinin razılığına əsasən bu müştərək dəmiryolu xəttini cari ilin sonunadək yekunlaşdıracağıq. 

C.Qurbanov deyib: Azərbaycan Respublikası daxilində 8 kilometrdən çox dəmiryolu və körpü inşa edilib və bu layihənin ətrafında təkmilləşdirici əməliyyatlar davam etməkdədir. 

Teqlər