İran və Naxçıvanın əməkdaşlıqlarının inkişaf yolları araşdırılıb
İran İslam Repsublikasının Azərbaycan Respublikasındakı səfiri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ilə görüşdə ikitərəfli əməkdaşlıqların inkişaf yollarını araşdırıb.
İRİB-in Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bu görüşdə İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə ilk görüşündə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
İranın Azərbaycan Respublikasındakı yeni səfiri olaraq fəaliyyətə başlaması münasibəti ilə Cavad Cahangirzadəni təbrik edən Vasif Talıbov da ümidvarlıq edib ki, onun fəaliyyəti dövründə də inkişafda olan münasibətlər prosesi davam edəcək.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri gömrük, universitet, tranzit, enerji mübadiləsi, dərman və ticarət heyətlərinin gediş-gəlişi sahələrində ikitərəfli əməkdaşlıqlara toxunaraq Naxçıvanı iranlıların başqa bir evi adlandırıb və deyib: Naxçıvan əhalisinin İran xalqı ilə çox yaxın əlaqələri qohumluq və dostluq əlaqələridir.
İranın Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə də bu görüşdə son illərdə İran İslam Respublikası və Azərbaycan Respublikasının inkişafda olan əlaqələrinə toxunaraq bu prosesin davam etməsini vurğulayıb və Naxçıvan Muxtar Respublikasının əhəmiyyətini xatırladaraq əlavə edib: Naxçıvan Azərbaycan Respublikasında giriş darvazasıdır və iki tərəf vətəndaşları arasında əlaqənin heç vaxt ayrılmayacaq xatirələr və ortaq dosluqlarda kökü vardır.
Azərbaycan Respublikasında olduğu müddətdə öz proqramlarını açıqlayan Cahangirzadə proqramlarının prioritetini bütün sahələrdə, xüsusilə iqtiasdiyyat sahəsində əlaqələrin inkişafı adlandırıb və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Tehrana planlaşdırılmış səfərindən razılıq edərək deyib: Şübhəsiz bu səfər ikitərəfli mənafe və əlaqələrin yüksəldilməsinə şərait yaradacaqdır.
Heydər Əliyev Muzeyi, Naxçıvan Ticarət Mərkəzi, Marazad-Ordubad Su Elektrik Stansiyasının inşası məkanı tanışlıq və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri ilə görüş İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirinin Naxçıvana səfər proqramlarından olub.