Azərbaycan səfirliklərinin fəaliyyətinin dayandırılması xəbəri təkzib edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i249527-azərbaycan_səfirliklərinin_fəaliyyətinin_dayandırılması_xəbəri_təkzib_edilib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın bəzi ölkələrdəki səfirliklərinin fəaliyyətini dayandırması ilə bağlı xəbərləri təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2016 14:02 Asia/Baku
  • Hikmət Hacıyev
    Hikmət Hacıyev

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın bəzi ölkələrdəki səfirliklərinin fəaliyyətini dayandırması ilə bağlı xəbərləri təkzib edib.

Virtual saytının məlumatına görə, Hikmət Hacıyev çərşənbə günü deyib: Rəsmi Bakı maliyyə qənaəti səbəbi ilə, Azərbaycanın bəzi ölkələrdəki səfirliklərində işçilərin ixtisarı və yaxud işlərin birləşdirilməsini həyata keçirir. Lakin hələlik bu səfirliklərin fəaliyyətini dayandırması ilə bağlı qərar verilməyib. 

Ötən il də Azərbaycan Respublikasının Afrika və Latın Amerikası ölkələrində səfirliklərinin dayandırılması ilə bağlı xəbərlər yayımlanmış, sonradan isə təkzib olunmuşdu.