Dek 09, 2016 13:52 Asia/Baku
  • Lənkəranlı ruhani Qismət İsayev
    Lənkəranlı ruhani Qismət İsayev

Qan-içən Sionist rejiminin baş naziri Benyamin Netanyahunun Bakıya olacaq səfəri ərəfəsində lənkəranlı ruhani Qismət İsayev barəsində 7 il həbs qərarı çıxarılıb.

Bakı müxbirimizin məlumatına görə, Qismət İsayev 19 aprel 2016-cı il tarixində Nardaran hadisələrinin ardınca həbs edilib. Qanunsuz olaraq odlu silah daşıma saxta ittihamla həbs edilən edilən İsayevin barəsində məhkəmə tərəfindən 7 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.  

Q.İsayev 2011-ci ildə də saxlanılaraq, daha sonra 9 ay həbsə məhkum edilmişdi. 

Azərbaycan polisinin xüsusi təyinatlı qüvvələrinin 26 noyabr 2015-cı il tarixində Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə  və daha 16 nəfəri polis tərəfindən saxlanılmışdı. 

Tale Bağırzadə hicab qadağasına etiraz etdiyi üçün 2011-ci ildə də həbs edilərək, bir il yarım azadlıqdan məhrum edilmişdi. 

Uşaq qatili İsrail baş nazirinin Bakıya olacaq səfəri ərəfəsində həbsdə olan dindarlara qarşı təzyiqlərin artdığı bildirilir. Belə ki, bir neçə gün öncə AİP-in həbsdə olan sədri Dr. Mövsüm Səmədov da karsa salınıb. 

Teqlər