Yan 25, 2017 17:51 Asia/Baku
  • Taleh Bağırzadə
    Taleh Bağırzadə

Tanınmış azəri ruhani və Azərbaycan Respublikası "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırzadə və Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının, eləcə də Nardaran hadisəsi məhbuslarından daha 17 nəfərin işinə baxan məhkəmə bu gün, çərşənbə günü keçirilib.

IRIB-nin Bakı ofisinin APA-ya istinadlı məlumatına görə, Bakı Ağır Cinayət Məhkəməsinin hakimi Əlövsət Abbasovun sədrliyilə keçirilən bu məhkəmə iclasında Taleh Bağırzadə üçün 20 il həbs cəzası çıxarılıb. Taleh Bağırzadə Nardaran hadisələri zamanı qanunsuz silah daşımaqda və bir polis məmurunu öldürmək ittihamı ilə məhkum olunub.

Bakı Ağır Cinayət Məhkəməsinin hakimi bundan öncə Taleh Bağırzadə üçün əbədi həbs cəzası istəmişdi. Həmçinin Fuad Qəhrəmanlı üçün 10 il həbs cəzası çıxarılıb.

Hökmə əsasən, ilahiyyatçı Taleh Bağırzadə 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Nardaran hadisəsi məhbuslarından daha 16 nəfərin hökmü sonradan elan olunacaq.

Azərbaycan Respublikası polisinin xüsusi təyinatlı qüvvələri 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində Rəhimə xatun(s.ə)-nın müqəddəs ziyarətgahının yaxınlığında yerləşən şiələr məscidinə basqın etdilər. Bu zaman iki polis daxil olmaqla yeddi nəfər öldürüldü. Bu hücum zamanı Taleh Bağırzadə və onlarla digər dindar həbs olundu.

Yayılmış statistikaya görə, bu toqquşmalar zamanı 87 nəfər həbs olundu ki, onların təqribən 70 nəfəri mühakimə olunaraq, bir il yarımdan altı il yarımadək azadlıqdan məhrum edildi.

Teqlər