Fev 13, 2017 21:09 Asia/Baku
  • "VİP həcc"; Azərbaycan və Türkiyədə

Türkiyə və Azərbaycanda yeni valı təbəqənin formalaşması habelə, səudiyyəlilərin mədəniyyəti və siyasətlərinin təsirləri nəticəsində bu iki ölkədə varlı təbəqə üçün "VİP həcc" xidmətlərini təşkil edən şirkətlər və təşkilatlar formalaşıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycanda həcc mərasimlərinin təşkil edilməsi monopoliyasına malik olan Qafqaz Müsəlmanları İdarəsinin habelə, Türkiyənin turizm şirkətlərinin həcc səfərlərinin təşkil edilməsi ilə bağlı elanlarında "VİP həcc" səfərləri ilə bağlı fantastik rəqəmlər təqdim edilir. 

Türkiyənin turizm şirkətləri öz elanlarında ümumi dəyəri 15 000 dollar olan həcc səfərlərini təklif edirlər. Həcc səfərinin son model lüks avtomobillərdən istifadə edərək həyata keçirilməsi və 5 ulduzlu otellərdə iqaməti bu təklifin özəlliklərindən ibarətdir. 

Bu şirkətlər həmçinin Mina və Ərəfatda "VİP" hacılar üçün adi çadırlar yerinə kondisionerlər ilə təchiz edilmiş 5 ulduzlu lüks çadırlar təklif edirlər. Bu çadırlarda yeməklər 5 ulduzlu otellərin baş aşpazları tərəfindən hazırlanacaq. Bu təkliflər arasında Məkkənin 5 ulduzlu otellərində üzü Kəbəyə baxan otaqlar təklif olunur. 

Azərbaycanda isə "VİP həcc" üçün təklif olunan şərait Türkiyə şirkətləri tərəfindən təklif edilənlərdən daha "zəif" şəraitə malikdir. Amma, Azərbaycanda da Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, bu il "VİP həcc" səfərləri nəzərdə tutulub. 

APA-nın məlumatına görə, bu xidmətdən istifadə edəcək hacılar 4100 manat ödəməli olacaqlar. Bu məbləğ müqabilində təklif edilən xidmətər isə 2 və ya 4 nəfərlik otaqlarda iqamət və dadlı təamlar ilə təmin edilmək olacaq. 

QMİ bildirib ki, bu xidmətdən istifadə edən hacılar Fransa hava yolları şirkətinin təyyarələri ilə Ərəbistana aparılacaqlar. 

Teqlər