AR qüvvələrindən bir qrupu Əfqanıstandan geri dönüb
NATO ilə tərəfdaşlıq proqramı çərçivəsində Əfqanıstanda iştirak edən Azərbaycan Respublikası qüvvələrinin bir qrupu öz ölkəsinə geri dönüb.
IRIB-nin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, bu ölkə ordusunun qüvvələri 2002-ci ilin 20 noyabrından bəri ISAF qüvvələri formasında Əfqanıstanda iştirak edirdi və indiyədək Azərbaycan Respublikasının hərbi qüvvələrindən 54 nəfər öz ölkəsinə geri dönübdür.
Bu məlumata görə, hazırda Azərbaycan Respublikasının 94 hərbçisi NATO ilə tərəfdaşlıq proqramı çərçivəsində Əfqanıstanda iştirak edir ki, onların 90 nəfəri hərbi qüvvə, iki nəfəri həkim və iki nəfəri də hərbi mühəndisdir.
NATO ilə tərəfdaşlıq proqramı çərçivəsində Əfqanıstanda iştirak edən Azərbaycan Respublikasının hərbi qüvvələrinin bu ölkədən geri dönmələri elə bir haldadır ki, xarici qüvvələrin 15 ildən çox Əfqanıstanın təhlükəsizliyini təmin etmək bəhanəsilə bu ölkədə iştirak etmələri müddətində bu ölkədə terror fəaliyyətləri artıb və İŞİD terror qrupu da bu ölkədə fəaliyyətə başlayıb və öz fəaliyyətini genişləndiribdir.