Ruhani Respublika Günü münasibəti ilə Azərbaycanı təbrik edib
-
Ruhani respublika gününü Azərbaycana təbrik edib
İran İslam Respublikası prezidenti Azərbaycan Respublikası prezidentinə etdiyi müraciətdə bu ölkənin milli bayramı olan Respublika Günü münasibəti ilə Azərbaycan dövləti və xalqını təbrik edib.
Prezident aparatının mətbuat xidmətindən verilən məlumata görə, İİR prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciətində deyilir: Çoxlu potensiallar, eləcə də tarixi, mədəni və dini ortaqlıqlar, İran və Azərbaycan Respublikası arasında qarşılıqlı mənafe əsasında əməkdaşlıqlar və münasibətlərin gün-gündən inkişaf etməsi üçün nadir zəmin yaradıb.
Ruhani bu kimi dəyərli zəminlərdən istifadə edərək, İran və Azərbaycan Respublikasının qarşılıqlı əməkdaşlıqları daha da genişləndirə biləcəklərindən əmin olduğunu vurğulayıb.
İİR prezidenti Azərbaycan dövləti və xalqı üçün cansağlığı və uğurlar arzulayıb.
28 may Azərbaycanda Respublika Günü olaraq hər il xalq və dövlət tərəfindən qeyd olunur.