"Azərbaycan ayıq-sayıq olmalıdır"
https://azeri.sahartv.ir/news/azərbaycan-i272258-azərbaycan_ayıq_sayıq_olmalıdır
“İŞİD taqətdən düşüb, amma terrorçu qruplaşmanın üzvləri regiona, həmçinin əksər ölkələrə səplənib. "İrandakı terror hadisəsindən sonra Azərbaycan ayıq-sayıq olmalıdır”. Bunu SalamNews-a politoloq Qabil Hüseynli deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 11:54 Asia/Baku
  • Qabil Hüseynli
    Qabil Hüseynli

“İŞİD taqətdən düşüb, amma terrorçu qruplaşmanın üzvləri regiona, həmçinin əksər ölkələrə səplənib. "İrandakı terror hadisəsindən sonra Azərbaycan ayıq-sayıq olmalıdır”. Bunu SalamNews-a politoloq Qabil Hüseynli deyib.

"İŞİD-ə qarşı ayrı-ayrı ölkələrdə mübarizə aparmaq lazım gələcək. Çünki heç bir ölkə terrordan tamamilə qoruna bilməz. Ona görə də Azərbaycan da ayıq-sayıq olmalıdır. Ümid edirəm ki, belə bir hadisənin Azərbaycanda baş verməsi mümkün olmayacaq”, - o bildirib.

 

İŞİD-in çoxdan İranı hədəfə aldığını bildirən Q.Hüseynli sözügedən terror qruplaşmasının məhv edilməsi üçün İranın əsas qüvvələrdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, İran İŞİD-ə qarşı ən fəal hərəkət və mübarizə aparan ölkələrdəndir.