Natiq Əliyevin cənazəsi Bakıya gətirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i272484-natiq_Əliyevin_cənazəsi_bakıya_gətirilib
İstanbulda müalicə olunduğu klinikada vəfat edən Azərbaycan energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 06:46 Asia/Baku
  • Natiq Əliyev
    Natiq Əliyev

İstanbulda müalicə olunduğu klinikada vəfat edən Azərbaycan energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.

APA xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

 N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.