8 dəfə və ya 88% azalma…
https://azeri.sahartv.ir/news/azərbaycan-i273798-8_dəfə_və_ya_88_azalma
Azərbaycan İqtisadiyyatna kapital qoyuluşu 8 dəfə azalıb. Bu barədə məlumatı FB səhifəsində iqtisadçı Nemət Əliyev paylaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2017 05:55 Asia/Baku
  • iqtisadçı Nemət Əliyev
    iqtisadçı Nemət Əliyev

Azərbaycan İqtisadiyyatna kapital qoyuluşu 8 dəfə azalıb. Bu barədə məlumatı FB səhifəsində iqtisadçı Nemət Əliyev paylaşıb.

İqtisadçının fikrincə, Azərbaycanda gerçək islahatlar gərəkdir.

Yerli müəssisə və təşkilatlar bu ilin yanvar-may dövründə vur-tut 251 milyon dollar ekvivalentində kapital-pul yatırımı həyata keçirib. Halbuki bu göstərici 2016-cı ilin yanvar-may dövründə 512 milyon dollar, 2015-ci ilin yanvar-may dövründə isə 2,1 milyard dollar olub. Göründüyü kimi bu yerli investorlarımız kapital-pul yatırımlarının həcmini ötən ilə nəzərən 2 dəfədən çox və ya 51%, 2016-cı ilə nəzərən 8 dəfədən çox və ya 88% azaldıb.

2016-cı ilin yanvar-may dövründə yatırımları 18% azaldan xarici investorlar isə bu il bu göstəricini daha 9% azaldıb.

Beləliklə məlum olur ki, həm yerli, həm də xarici investisiya hələ də ölkəni tərk edir. Fəqət investisiya resurslarına, xüsusən də indiki zamanda hava-su qədər ehtiyacımız var.

İqtisadçı Nemət Əliyevin qənaətincə, investisiyaların xaricə axın etməsinin hazırkı səbəbi əsasən ölkədaxili əlverişsiz şəraitlə əlaqədardır.