Qüds Günü saxlanılanlar sərbəst buraxılıb
İyun 24, 2017 10:19 Asia/Baku
Sionist rejimin Bakıdakı səfirliyi qarşısında saxlanılan 27 islamçı sərbəst buraxılıb.
Dünən Ramazan ayının son cüməsi Beynəlxalq Qüds Günü ilə bağlı bir qrup inanclı İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirdi.
Aksiyada təxminən 50-ə yaxın etirazçı iştirak edib. Aksiya iştirakçıları "İsrailə ölüm", "Məhv olsun İsrail", "Qüdsə azadlıq" şüarları səsləndirilib.
Aksiya zaman saxlanılan 27 nəfər Yasamal Rayon 27-ci polis bölməsinə aparılmışdı.
“İslaminSesi” məlumat verir ki, saxlanılanların hamısının izahatları alınaraq sərbəst buraxılıblar.
"Maarifçiliyə Dəvət" İctimai Birliyinin sədri hacı Elçin Manafov da sərbəst buraxılıb. Ruhaninin saxlanma səbəbi Beynəlxalq Qüds Günü ilə əlaqədar olub.