İyul 08, 2017 11:31 Asia/Baku
  • Höccətülislam vəlmüslimin Kazım Siddiqi
    Höccətülislam vəlmüslimin Kazım Siddiqi

Tehranın müvəqqəti imam cüməsi Höccətülislam vəlmüslimin Kazım Siddiqi cümə namazı xütbələrində deyib: Azərbaycanda görürük ki, vətəndaşların dini mərasimləri keçirmək icazəsi yoxdur. Elə Azərbaycan kimi heç bir ölkədə eşitməmişik ki, vətəndaşlar dini mərasimləri təşkil etməkdə sərbəst olmasınlar.

Tehranın müvəqqəti imam cüməsi Yəmən vətəndaşlarının ağır vəziyyətinə toxunub: Ali-Səud və Ali-Xəlifəyə, həmçinin Trampın gəlişi ilə bu ölkələrin zülm qılıncını itilədən ABŞ-a lənət edirik. Yəmən vətəndaşları ən ağır iqtisadi və hərbi təzyiqdədirlər və həyat vəziyyəti acınacaqlıdır, insanları qətlə yetirirlər, bu ölkəni viran etməkdədirlər, insanlıq dəfn olunub, onların insan haqları saxtadır, zalım və məzlumu qətlə yetirəni dəstəkləyirlər. Biz onlara nifrət edirik və hamı Yəmən məzlumlarının xilası üçün çalışmalıdır. 

Höccətülislam Siddiqi sonda xatırladıb: Məhkəmə Hakimiyyətinin vəzifələrindən biri bəşəriyyətə qarşı cinayətlərin beynəlxalq səviyyədə izlənilməsidir. Bu İslam İnqilabının Böyük Rəhbərinin tələblərindən biridir. Beynəlxalq məsələlərin hüquqi cəhətdən araşdırılması məzlumlara dəstəklərdəndir. Ayətullah Zəkzəki hansı cinayətə görə həbsdədir? Azərbaycan alimləri hansı cinayətə görə həbsdədirlər? Bu məsələlər hüquq çərçivəsində araşdırılmalıdır. 

Teqlər