Bakıda Dünya Tibbi Hüquq Konqresi keçirilib
İyul 13, 2017 12:31 Asia/Baku
Bakıda 51 ölkədən gəlmiş 320 qonağın iştirakı ilə 23-cü Dünya Tibbi Hüquq Konqresi keçirilib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasından 3 nəfərlik nümayəndə heyətinin də qatıldığı bu Konqres bazar ertəsi günü Bakıda işə başlayıb və 3 gün davam edib. Konqresdə müxtəlif ölkə iştirakçıları tərəfindən 230 məqalə təqdim olunub.
Konqresdə orqan transplantasiyası, həkim xətaları, abort, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssisləri öz bilik və təcrübələrini bölüşüblər.
Bakıda keçirilən Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir.