İsmayıllıda terrorçu öldürülüb
Azərbaycanın İsmayıllı rayonunda bir terrorçunun öldürüldüyü deyilir.
İRİB-in Bakıdan verdiyi məlumata görə, APA bildirib ki, Yaşar Cavadov adlı silahlı terrorçu Azərbaycan vətəndaşı imiş və Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti qüvvələrinə silahlı müqavimət göstərdiyinə görə öldürülüb. O terrorçu əməliyyata hazırlanırmış.
Silahlı terrorçu 27 avqustda İsmayıllı şəhərində ümumi məkanda Dövlət Təhlükəsizlik agentlərinə qarşı odlu silahdan atəş açıb və təhlükəsizlik agentləri də cavab atəşi olaraq onu qətlə yetiriblər.
Dövlət təhlükəsizlik xidmətinin axtarış əməliyyatlarında bir terror qrupunun xaricdən maliyyələşməsi faktları və digər faktlar aşkar edilib.
Məlumatda deyilir: Yaşar Cavadov Azərbaycan Respublikası sərhədlərindən kənarda terror təşkilatlarına qoşularaq onlardan pul və partlayıcı maddə alıbmış və dövlət təsisatlarına hücum və terror aktları törətməyi planlaşdırırmış.