Hərbi hissədəki partlayışla bağlı toplantı olub
-
Hərbi hissədəki partlayışla bağlı toplantı olub
Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın və partlayış baş verib. Hərbi hissədəki partlayışla bağlı toplantı olub.
Məlumatda deyilir: “Növbəti dəfə əraziyə baxış keçirən Azərbaycan müdafiə naziri Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə müşavirə keçirib. Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir: “Müdafiə Nazirliyi bildirir ki, utiləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır. Partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur”.
Hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda üç yaşayış evi qəzalı vəziyyətə düşüb. Həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərə köçürülüb. Yaxın ərazidən təxliyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.